Bank Of Baku

Bəşər Əsəd: “Suriya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır”

Bəşər Əsəd: “Suriya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır”
# 12 aprel 2007 10:41 (UTC +04:00)
Bu barədə APA-ya eksklüziv açıqlamasında XİN başçısını Yaxın Şərq regionuna səfərdə müşayiət edən Azərbaycanın Livanda fəxri konsulu Nazih Qassub məlumat verib. Onun sözlərinə görə, görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən Suriyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqe müzakirə olunub. Suriya prezidenti Bəşər Əsəd bildirib ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Elmar Məmmədyarov və Bəşər Əsəd regional əməkdaşlığın əhəmiyyətini qeyd edərək birgə layihələrdə iştiraka önəm verdiklərini vurğulayıblar. Görüşdə Azərbaycanın Suriyada səfirliyinin açılması, İraq və Fələstindəki vəziyyət də müzakirə olunub. Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında məsləhətləşmələri gələcəkdə də davam etdirmək barədə razılığa gəliblər. Bununla əlaqədar Suriyanın xarici işlər naziri Valid əl-Muallimin Azərbaycan səfər etməsi barədə razılıq əldə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR