Bank Of Baku

Azərbaycanlı tələbələr Avropa Parlamentinin binasında tədbir keçirəcək

Azərbaycanlı tələbələr Avropa Parlamentinin binasında tədbir keçirəcək
# 12 aprel 2007 10:49 (UTC +04:00)
Mayın 14-16-da Brüsseldə Azərbaycanlı Tələbələrin Avropa Forumunun ikinci illik yığıncağının keçirilməsi planlaşdırılır. Forumun baş katibi Vüsal Məmmədovun APA-ya verdiyi məlumata görə, Avropa Parlamentinin binasında təşkil olunacaq tədbirdə 100-ə yaxın azərbaycanlı tələbənin iştirakı gözlənilir. Avropa Parlamentinin və Milli Məclis üzvlərinin, həmçinin Azərbaycanın Avropa Birliyi (AB) yanında daimi nümayəndəsinin toplantıda qonaq qismində iştirakı gözlənilir. Əsas müzakirə mövzusu “Gələcək: arzularımız, dərk etdiklərimiz, quracağımız və edəcəyimiz” olacaq. Mayın 14-də Azərbaycanın Avropaya inteqrasiyası mövzusunda müzakirələr keçiriləcək, mayın 15-də isə lobbiçilik məqsədilə mobil görüşlər təşkil ediləcək. Görüşlər azərbaycanlı tələbələrin təhsil aldıqları ölkələri təmsil edən Avropa Parlamentinin üzvləri, Avropa Komissiyasının nümayəndələri, NATO təmsilçiləri, Brüsseldə fəaliyyət göstərən beyin mərkəzləri və elmi-tədqiqat institutlarının əməkdaşları ilə olacaq. Keçiriləcək görüşlər zamanı azərbaycanlı tələbələrin Avropada təhsil almaq imkanlarının genişləndirilməsi, Azərbaycanla AB arasında əlaqələrin daha da gücləndirilməsi, Ermənistan-Azərbaycan münaqişəsi və nəticələri barədə danışılacaq, bu barədə əyani materiallar təqdim ediləcək. Aprelin 19-20-də isə Bundestaqın binasında Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi və alman parlament üzvlərinin iştirakı ilə tədbir keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR