Bank Of Baku

Müsavat müxalifət partiyalarının kütləvi aksiyalar keçirməsi təklifi ilə çıxış edib

Müsavat müxalifət partiyalarının kütləvi aksiyalar keçirməsi təklifi ilə çıxış edib
# 12 aprel 2007 10:50 (UTC +04:00)
Müsavat Partiyası keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəmədə son söz söyləyərkən 2003-cü ildə keçirilmiş prezident seçkiləri ilə bağlı səsləndirdiyi fikirlərinə əsaslanaraq, müxalifət partiyalarının ümumi Mitinq Komitəsi yaradaraq, kütləvi aksiyalara başlamaları təklifi ilə çıxış edib. APA-nın məlumatına görə, bu barədə partiyanın başqanı İsa Qəmbər bu gün keçirdiyi mətbuat konfransında bildirib. Ə. İnsanovun indi söylədiklərini müxalifətin hələ 2003-cü ildə dilə gətirdiyini deyən İ. Qəmbər Ə. İnsanovun fikirlərinin araşdırılması üçün Respublika Prokurorluğuna müraciət edəcəklərini də bildirib. İ. Qəmbər Müsavat deputat qrupunun məsələ ilə bağlı parlamentdə araşdırma komissiyası yaradılması təklifi ilə çıxış edəcəklərini, həmçinin Müsavat partiyasının da iştirakı ilə ictimai komissiya yaradılmasını təklif etdiklərini də söyləyib: “Digər partiyalar bizim təkliflərimizə qoşulmasalar belə, biz bu işləri təkbaşına görmək niyyətindəyik”. İ. Qəmbər məsələylə bağlı beynəlxalq təşkilatlara müraciət etmək üçün partiyada işçi qrup yaradıldığını da vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR