Bank Of Baku

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi Qubada tapılan kütləvi məzarlıqla bağlı beynəlxalq təşkilatlara müraciət hazırlayır

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi Qubada tapılan kütləvi məzarlıqla bağlı beynəlxalq təşkilatlara müraciət hazırlayır
# 12 aprel 2007 11:00 (UTC +04:00)
İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi Quba meydanında aşkar edilən kütləvi məzarlıqda tapılan insan cəsədlərində işgəncə faktlarına rast gəlinməsi, bu hadisənin ermənilər tərəfindən törədilən vandalizm aktı olması barədə beynəlxalq təşkilatlara müraciət hazırlayır. Bu barədə APA-ya İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov məlumat verib. O, müraciətin bu gün işgəncələr əleyhinə fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlara göndəriləcəyini deyib: “Mən dünən məzarlıqda tapılan insan cəsədlərinə baxanda və yerli sakinlərlə söhbət əsasında bu vəhşiliyin ermənilər tərəfindən törədilməsi qənaətinə gəlmişəm. Quba sakinləri bizimlə söhbətdə bildirdilər ki, yaşlı insanlar orda kütləvi məzarlıq olduğunu biliblər və hər dəfə ərazidən keçəndə ermənilər tərəfindən soyqırıma məruz qalan soydaşlarımızın ruhuna dua oxuyublar”. E. Behbudov qeyd edib ki, beynəlxalq təşkilatların bu məsələyə qiymət verməsi zəruridir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR