Bank Of Baku

Rəsul Quliyevin rəhbərlik etdiyi ADP qurultay keçirmək üçün yer ayrılması xahişi ilə Müsavat Partiyasına müraciət edib

Rəsul Quliyevin rəhbərlik etdiyi ADP qurultay keçirmək üçün yer ayrılması xahişi ilə Müsavat Partiyasına müraciət edib
# 12 aprel 2007 11:02 (UTC +04:00)
Rəsul Quliyevin rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyası (ADP) qurultay keçirmək üçün Müsavat Partiyasının qərargahında yerləşən zalın ayrılması xahişi ilə partiya rəhbərliyinə müraciət edib. APA-nın məlumatına görə, bu barədə Müsavat başqanı İsa Qəmbər bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Akif Şahbazov müraciətində Bakı şəhər İcra Hakimiyyətinin qurultay üçün yer ayırmadığını qeyd edib: “ADP-nin daxilində baş verənlər hər kəsə aydındır və biz bu partiyanın daxili işlərinə qarışmaq istəmirik. Amma bizə müraciət edənlərə şəhər rəhbərliyinin verdiyi cavab tipində cavab verə bilmərik. Əgər onlar qurultay keçirmək üçün başqa yer tapa bilməsələr, Müsavatın qərargahından istifadə etmələri mümkündür. Hmçinin, sabah Sərdar Cəlaloğlu da yerlə bağlı müraciət etsə, o da bizim qərargahda qanun çərçivəsində istənilən tədbiri keçirə bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR