Bank Of Baku

Azərbaycanlı Tələbələrin Avropa Forumu Almaniya parlamentinin binasında toplantı keçirəcək

Azərbaycanlı Tələbələrin Avropa Forumu Almaniya parlamentinin binasında toplantı keçirəcək
# 12 aprel 2007 11:17 (UTC +04:00)
Aprelin 19-da Berlində, Almaniya Bundestaqının binasında Azərbaycanlı Tələbələrin Avropa Forumu və Alman Məzunlar Şəbəkəsinin (DAN) təşkilatçılığı ilə “Gələcək bir fikir kimi” mövzusunda toplantı keçiriləcək. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, toplantıda Almaniya parlamentinin Qafqaz qrupunun üzvü, Sosial Demokrat Partiyasının təmsilçisi Yurq Tauss və Berlin Azərbaycan Cəmiyyətinin sədri Pərviz Şahbazovun çıxışları nəzərdə tutulub. Müzakirələrdə “Daymler Kraysler” şirkətinin nümayəndəsi Evald Belke, Bonn Universitetindən Yeva-Mariya Aux, Berlin Deputatlar Palatasının üzvü Özcan Mutlu, Maqdeburq-Stendal Universitetindən Elrid Volkopf-Dittman, Türk-Alman İş Adamları Birliyinin və Avropa Azərbaycan Konqresinin rəhbəri Bahəddin Qaya, Almaniya İqtisadiyyat Nazirliyinin MDB və Qafqaz bölməsinin rəhbəri Peter Lorents, Almaniya-Azərbaycan İqtisadi İnkişaf Birliyindən Florian Şröder də iştirak edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR