Bank Of Baku

Xəzər neftinin Avropaya nəqlini nəzərdə tutan layihə üzərində iş sürətlənib

Xəzər neftinin Avropaya nəqlini nəzərdə tutan layihə üzərində iş sürətlənib
# 12 aprel 2007 11:50 (UTC +04:00)
Rumıniya, Serbiya, Xorvatiya, Sloveniya və İtaliya təmsilçiləri Avropa İttifaqının enerji üzrə komissarı Andris Pibalqsın iştirakı ilə yeni neft kəmərinin inşasına dair bəyanat imzalayıblar. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, Xəzər regionunda - Azərbaycan və Qazaxıstanda hasil olunacaq nefti Avropa İttifaqı ölkələrinə nəql edəcək yeni boru xətti Rumıniyanın Qara dəniz sahilindəki Konstansa limanını İtaliyanın Adriatik dənizi sahilindəki Triyest limanı ilə əlaqələndirəcək. Panavropa neft kəməri (PEOP) adlandırılan boru xəttinin uzunluğu 1400 km, dəyəri isə 2-3,5 milyard avro olacaq. Kəmər Aİ-nin Rusiya və Yaxın Şərq ölkələrindən enerji asılılığını azaldacaq. PEOP-un illik ötürmə gücü 60-90 milyon tona bərabər olacaq ki, bu da gündə 1,2-1,8 milyon barel neft deməkdir. İmzalanan bəyanatda deyilir: “Layihə enerji infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi vasitəsilə Avropa İttifaqının enerji təchizatının müxtəlifləşdirilməsini nəzərdə tutur”. İtaliyanın şimalındakı və Mərkəzi Avropadakı neftayırma zavodlarını xammalla təmin edəcək Konstansa-Triyest kəmərinin inşasının 2012-ci ildə başa çatdırılması planlaşdırılır. Bəyanatda neft boru xəttinin marşrutunun təbii qazın nəqli üçün də istifadə oluna biləcəyi bildirilir. Xorvatiyanın baş naziri İvo Sanader bəyan edib ki, layihə bütün iştirakçı dövlətlər, Aİ və ABŞ üçün əhəmiyyətlidir. O, kəmərin İtaliyanın Genuya limanına uzadılması yolu ilə neftin Avropa hüdudlarından kənara ixracını da təklif edib. Yeni kəmərin bir çox hissəsi artıq mövcuddur və yalnız Piteşt (Rumıniya) Pançevo (Serbiya) və Xorvatiyanın şimali Adriatik sahilləri ilə Sloveniya və Triyesti əlaqələndirəcək hissələrdə inşaat işlərinin aparılması nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR