Bank Of Baku

Betul Aslan: “Ermənilərin Ərzurumda törətdiyi qətliamların raportları arxivlərdə saxlanılır”

Betul Aslan: “Ermənilərin Ərzurumda törətdiyi qətliamların raportları arxivlərdə saxlanılır”
# 14 aprel 2007 10:31 (UTC +04:00)
Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Ərzurumdakı Atatürk Universitetinin dosenti, 1200 səhifəlik “Ərzurumda erməni olayları - 1918-1920 (xatirələr - sənədlər - qazıntılar)” kitabının müəllifi Betül Aslan deyib. Bu qazıntının 7 iyul 1993-cü ildə Ərzurum vilayətinin Tımar kəndində aparıldığını bildirən B. Aslan bunun hələlik son toplu məzar qazıntısı olduğunu qeyd edib. Onun sözlərinə görə, bundan əvvəlki qazıntı 7 oktyabr 1988-ci ildə aparılıb: “Bu qazıntı zamanı məzardan çıxan qadınların yaylıqlarının parçaları, saçlar, Qurani-Kərimin vərəqləri, düymələr bu toplu məzarlara gömülənlərin müsəlmanlar - türklər olduğuna şübhə yeri qoymadı. Laboratoriyalardakı antropoloji analizlər də bunu təsdiqlədi. Qazma işində əcnəbi jurnalistlər də iştirak edirdilər. Ermənilər bu qətliamları törədib bölgəni tərk edəndən sonra Osmanlı ordusu bölgəyə gəlmiş və ermənilərin törətdiyi qətliamların hamısının raportunu hazırlamışdı. Hazırda arxivlərdə olan həmin raportları kitabımda da əks etdirmişəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR