Bank Of Baku

İran tərəfi ABŞ nümayəndə heyəti ilə salamlaşma mərasimi və birgə foto çəkdirməkdən imtina edib

İran tərəfi ABŞ nümayəndə heyəti ilə salamlaşma mərasimi və birgə foto çəkdirməkdən imtina edib
# 21 iyun 2026 18:52 (UTC +04:00)

İran nümayəndə heyəti İsveçrədə görüşdən əvvəl ABŞ nümayəndə heyəti ilə keçirilməsi planlaşdırılan əl sıxma mərasimində iştirakdan və birgə foto çəkdirməkdən imtina edib.
Bu barədə "Tasnim" İran nümayəndə heyətinə yaxın mənbəyə istinadən məlumat yayıb.


Qeyd edilib ki, ABŞ nümayəndə heyəti və görüşün təşkilatçıları danışıqların əvvəlində İran və ABŞ nümayəndə heyətləri arasında əl sıxma səhnəsinin nümayiş etdirilməsini və birgə foto çəkilişi mərasiminin keçirilməsini planlaşdırıblar. İran nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf və heyətin üzvləri bu cür formal prosedurlara qarşı çıxaraq ABŞ nümayəndə heyəti ilə birgə foto çəkilişində iştirak etməyəcəklərini diqqətə çatdırıblar.


İran nümayəndə heyətinin etirazı və mərasimdə iştirak etməməsindən sonra canlı yayım və foto çəkilişi proqramı dayandırılıb. Bundan sonra İran nümayəndə heyəti danışıqların keçirildiyi zala daxil olub.

ABŞ nümayəndə heyəti jurnalistlərin danışıqlar məkanını tərk etməsi üçün İran tərəfindən beş dəqiqə vaxt istəyib.
Mərasim danışıqlar başlamazdan əvvəl İran nümayəndə heyətinin iştirakı olmadan keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR