Bank Of Baku

İsrail parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri başlayır

İsrail parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri başlayır
# 16 aprel 2007 08:30 (UTC +04:00)
Bu gün İsrail parlamenti - Knessetin 4 üzvünün Azərbaycana 3 günlük səfəri başlayır. İsrailin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Knessetin vitse-spikerləri Amnon Koen, Qideon Saar, parlament üzvləri Ran Koen və Robert İlatov Azərbaycana “Soxnut” Yəhudi Agentliyinin qonaqları qismində gəlirlər. Səfər çərçivəsində onlar agentliyin fəaliyyəti ilə tanış olacaq, Quba rayonu və Bakı şəhərindəki yəhudi icmasının nümayəndələri ilə görüşlər keçirəcəklər.
Knesset üzvləri Azərbaycanın xarici işlər naziri, Milli Məclis sədrinin müavinlərindən biri və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri ilə də görüşəcəklər.
Qeyd edək ki, deputatlardan ikisi “İsrail bizim evimizdir”, biri “Likud”, biri isə “Merets” partiyasının təmsilçisidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR