Bank Of Baku

Bu gün Strasburqda Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin durumu ilə bağlı hesabat müzakirə olunacaq

Bu gün Strasburqda Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin durumu ilə bağlı hesabat müzakirə olunacaq
# 16 aprel 2007 09:17 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvləri Səməd Seyidov, Gültəkin Hacıyeva, Əli Hüseynov, Rafael Hüseynov, Qənirə Paşayeva və Sabir Hacıyev artıq Strasburqdadır. Sessiyanı giriş sözü ilə AŞPA prezidenti Rene van der Linden açacaq. Deputatlar Yaxın Şərqdə vəziyyətlə bağlı müzakirələr apardıqdan sonra sessiya öz işini komitələrdə davam etdirəcək. Bakı vaxtı ilə saat 18-də isə Azərbaycanın Avropa Şurası qarşısında öhdəlikləri yerinə yetirməsi məsələsi müzakirə olunacaq. Müzakirələrdə AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Toni Lloydun hazırladığı hesabat müzakirə olunacaq. Sessiyanın sabahkı iş günündə Çernoqoriyanın Avropa Şurasına qəbul olunması, siyasi partiyaların müsbət təcrübəsi, Avropa Məhkəməsinə namizədlər məsələsi müzakirə olunacaq. Deputatlar aprelin 18-də Avropada insan haqları və demokratiya ilə bağlı məsələləri, AŞPA-nın fəaliyyətinin nəticələrini, aprelin 19-da Monako knyazlığının Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi ətrafında müzakirələr aparacaqlar. Sessiyanın son gününün gündəliyinə Avropa qitəsində tibbi xidmətin keyfiyyəti məsələsi müzakirə olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR