Bank Of Baku

Sərdar Cəlaloğlu: “Rəsul Quliyevin tərəfdarlarının birliyi bir aydan artıq çəkməyəcək”

Sərdar Cəlaloğlu: “Rəsul Quliyevin tərəfdarlarının birliyi bir aydan artıq çəkməyəcək”
# 16 aprel 2007 10:19 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu deyib. Aprelin 16-da Müsavat Partiyasının qərargahında keçirilmiş qurultayda iştirak edənlərin siyahısını və şəkillərini əldə etdiklərini deyən S. Cəlaloğlu orada cəmi 10-15 nəfər keçmiş ADP-çinin iştirak etdiyini bildirib: “Yerdə qalanların ADP ilə heç bir əlaqəsi yoxdur. Hətta o zal ağzına kimi dolsa və ADP-çi olsalar belə, ora 70 nəfərdən artıq adam yerləşə bilməz. Bununla bağlı Müsavatdan arayış almaq olar ki, həmin zal 60-70 nəfər adam tutur. Bu sayda adamın isə 10 minlərlə üzvü olan bir partiyanın adanı dəyişdirməyə nə mənəvi, nə siyasi, nə də hüquqi haqı yoxdur. Sadəcə, mən çox təssüf edirəm ki, yeni bir qrup yaradıblar və o qrup elə başa düşür ki, digər partiyalar söz atmaqla, intriqalar yaratmaqla, yalan məlumatlarla siyasi həyatda qala bilərlər”. Açıq Cəmiyyət Partiyasının (ACP) rəhbərlərinə öz işləri ilə məşğul olmağı məsləhət görən S. Cəlaloğlu bildirib ki, həmin şəxsləri yaxşı tanıyır, onların birliyi bir aydan artıq çəkməyəcək. ADP ilə ACP-nin gələcək əməkdaşlıqları barədə suala cavabında S. Cəlaloğlu bildirib ki, yeni partiyanın rəhbərləri hazırkı mövqelərini davam etdirəcəkləri təqdirdə, böyük problemlər olacaq: “Biz ümumi mənafelər naminə bütün siyasi partiyalarla əməkdaşlığa hazırıq. Yalnız onların siyasi xəttləri hələlik məlum deyil. Bunu elan edəndən sonra bizim yeni strategiyaya uyğun addımlar atacaqlarsa, digər partiyalarla olduğu kimi onlarla da əməkdaşlıq edə bilərik. Yox, əgər onların tutduğu siyasi xətt bizim xəttimizə zidd olacaqsa, hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz. Amma bu adamların partiya yarada biləcəkləri, özlərinə siyasi yol aça biləcəkləri, təşkilat kimi fəaliyyət göstərə biləcəkləri sual altındadır. Bu Rəsul Quliyevin siyasətdən getməsinin proseduru idi. O siyasətdən bu yolla getdi”.
Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu isə APA-ya açıqlamasında Müsavatın iclas zalının 250-dən artıq adamla iclas keçirməyin mümkün olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR