Bank Of Baku

Sabah “Avroatlantik məkanda enerji təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayır

Sabah “Avroatlantik məkanda enerji təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayır
# 16 aprel 2007 10:20 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Avroatlantik məkanda enerji təhlükəsizliyi” mövzusunda keçiriləcək beynəlxalq konfrans sabah öz işinə başlayacaq. Bu barədə APA-ya YAP-ın mətbuat xidmətindən məlumat daxil olub. Konfransda “Gənc liderlər dünyada sülh və təhlükəsizlik tərəfdarıdır” beynəlxalq hərəkatını təsis ediləcək, YAP sədrinin müavini, partiyanın icraçı katibi Əli Əhmədov, gənclər və idman naziri Azad Rəhimov məruzə ilə çıxış edəcəklər. Toplantıda Avroatlantik məkanda təhlükəsizliyə olan təhdidlərin aşağılanması, enerji təhlükəsizliyi ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsi və Azərbaycan gəncliyinin proseslərə cəlb olunması məsələləri müzakirə olunacaq. Konfransa ATƏT, Avropa Şurası, NATO təmsilçiləri ilə bərabər Ukraynanın Regionlar, Kanada Proqressiv Mühafizəkarlar, İtaliyanın Marqarita, Türkiyənin Ədalət və İnkişaf, Qazaxıstanın Otan, Rusiyanın Yedinaya Rossiya, Bolqarıstanın Sosialist partiyalarının gənclər təşkilatlarının rəhbərliyi, Makedoniya, Moldova və Belarus təmsilçiləri iştirak edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR