Bank Of Baku

ADP-nin qurultayı mayın ortalarına keçiriləcək

ADP-nin qurultayı mayın ortalarına keçiriləcək
# 16 aprel 2007 11:27 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) növbəti qurultayına hazırlıq məqsədilə 30-dan artıq rayon təşkilatında konfranslar keçirilib. Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu məlumat verib. O bildirib ki, qurultaya hazırlıq işləri aprelin sonunda yekunlaşacaq. Toplantının dəqiq vaxtı aprelin sonunda müəyyənləşəcək və qurultay mayın ortalarında keçiriləcək. Sədrliyə kimlərin iddialı olduğuna gəldikdə, S. Cəlaloğlu deyib ki, partiyada bu posta layiq şəxs çoxdur: “Mən də həmin şəxslərdən biri kimi öz namizədliyimi irəli sürəcəyəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR