Bank Of Baku

Açıq Cəmiyyət Partiyasının rəhbərliyində artıq qarşıdurma yaranıb

Açıq Cəmiyyət Partiyasının rəhbərliyində artıq qarşıdurma yaranıb
# 16 aprel 2007 11:33 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin və ACP-nin Ali Məclisinin üzvü Jalə Cəfərova bildirib. Rəsul Quliyevin partiyanın qurultayına ünvanladığı məktubun müzakirə olunmamasından narazılığını bildirən J. Cəfərova partiya sədrliyinə namizədlə bağlı da heç bir müzakirənin aparılmamasını düzgün hesab etməyib: “Bununla da demokratik prinsiplər pozuldu”. J. Cəfərova ACP-nin təsis qurultayının Müsavatın emblemi altında keçirilməsinə də etirazını bildirib: “Əvvəldən bu işlərə hazırlıq görülməli, ən azından partiya ilə bağlı rəmzlər zaldan asılmalı idi. Digər tərəfdən, mən partiyanın adının dəyişdirilməsi ilə bağlı qərarı da düzgün saymıram. Fasilə vaxtı çox adam yeni ada etiraz elədi. Amma səsvermədə heç kim bunun əleyhinə getmədi. Yalnız iki nəfər bunun əleyhinə səs verdi ki, biri də mən oldum. Çünki o biri tərəfdə 5-6 adam qalıb, ya qalmayıb. ADP-nin bütün funksionerləri, fəal üzvləri Rəsul Quliyevin tərəfindədir. Partiyaya Açıq Səmiyyət adının seçilməsi məni qətiyyən qane etmir. Əvvəla, ad məsələsi ilə bağlı müzakirələr aparılmalı idi. Bəlkə daha münasib ad seçiləcəkdi. Digər tərəfdən, Demokrat Partiyası adını daşımağa bizim haqqımız çatırdı”. J. Cəfərovanın sözlərinə görə, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantılarında da partiyanın adının dəyişdirilməsi məsələsinin gündəmə gəlməsinin mümkünlüyü barədə müəyyən fikirlər səslənsə də, bu ciddi qəbul olunmurdu: “Adla bağlı partiyada heç bir müzakirə aparılmayıb, bu barədə üzvlərin rəyi soruşulmayıb”.
ACP-nin sədri Akif Şahbazov isə APA-ya açıqlamasında J. Cəfərovanın dediklərinin həqiqət olmadığını, qurultayın tam demokratik və şəffaf keçirildiyini bildirib. Partiya sədri və digər vəzifələrə Rəsul Quliyevin irəli sürdüyü namizədlərin müzakirəsiz təsdiqi ilə bağlı J. Cəfərovanın qeydləri ilə razılaşmayan A. Şahbazov “Qurultayın istənilən üzvü buna münasibət bildirməkdə sərbəst olub. Biz qərarları qəbul edərkən qurulty nümayəndələrinin çoxluğunun iradəsini əsas götürürük. Deyilən məsələlərə isə əksəriyyət müsbət səs verib” deyə, söyləyib. O, partiyanın adının dəyişdirilməsi məsələsinin lehinə 401 nəfərin səs verdiyini, yalnız Jalə Cəfərovanın bu məsələnin əleyhinə olduğunu qeyd edib: “Biz çoxluğu kənara qoyub, bir nəfərin fikrini əsas götürə bilmərik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR