Bank Of Baku

“Əsir yurdlarımızı anma günü” adlı mədəni-kütləvi tədbirlə bağlı mətbuat konfransı keçirilib

“Əsir yurdlarımızı anma günü” adlı mədəni-kütləvi tədbirlə bağlı mətbuat konfransı keçirilib
# 16 aprel 2007 15:34 (UTC +04:00)
Qərbi Azərbaycana Qayıdış Birliyi Haqq və Ədalət Siyasi Blokunun təşəbbüsü ilə 22 aprel 2007-ci il tarixində 1400-2000-a qədər “Azadlıq” meydanında keçirilməsi planlaşdırılan “Əsir yurdlarımızı anma günü” adlı mədəni-kütləvi tədbirlə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Qərbi Azərbaycana Qayıdış Birliyinin sədri Rizvan Talıbov bildirib ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. O, aksiyaya 10-dan artıq partiyanın qatılacağını da deyib: “Müsavat, Liberal, Acıq Cəmiyyət, Demokrat və Ümid partiyaları da aksiyaya dəstək verəcəklərini bildiriblər”. R. Talıbov aksiyanın keçirilməsinə icazə veriləcəyinə ümidvar olduğunu da söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR