Bank Of Baku

“Dalğa” Gənclər Hərəkatı Daxili İşlər Nazirliyinin binası qarşısında aksiya keçirib

“Dalğa” Gənclər Hərəkatı Daxili İşlər Nazirliyinin binası qarşısında aksiya keçirib
# 16 aprel 2007 15:37 (UTC +04:00)
“Dalğa” Gənclər Hərəkatının bir qrup üzvü Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) fəalı Hadi Musəvinin Bakıda həbs olunaraq İrana təhvil verilməsinə etiraz olaraq Daxili İşlər Nazirliyinin (DİN) binası qarşısında aksiya keçirib. APA-nın məlumatına görə, aksiya iştirakçıları sinə və kürəklərinə İran hakimiyyətinin əleyhinə şüarlar yazıblar. Nazirlik binası qarşısına toplaşan gənclər əllərini boynunun ardına qoyaraq heç bir şüar səsləndirmədən dayanıblar. Aksiya xəbərdarlıq edilmədən başladığı üçün DİN əməkdaşları aksiya yerinə bir qədər gec gəliblər. Qısa vaxtda gənclər nazirlik binasının qarşısından uzaqlaşdırılıblar. Buna baxmayaraq, onlar qətnaməni nazirliyin təmsilçisinə təqdim edə biliblər. Aksiya zamanı polis tərəfindən saxlanılan olmayıb və heç bir insident baş verməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR