Bank Of Baku

Ağcabədidə keçiriləcək etiraz aksiyalarına icazə verilməyib

Ağcabədidə keçiriləcək etiraz aksiyalarına icazə verilməyib
# 16 aprel 2007 15:53 (UTC +04:00)
Ağcabədi Rayon İcra Hakimiyyəti “Azərbaycan Yolu” Siyasi Hərəkatının (AYSH) Qarabağ bölgəsi üzrə Regional Mərkəzinin aprelin 17, 18 və 19-da rayonun bir neçə yerində eyni vaxtda qiymət artımına etiraz olaraq təyin etdiyi aksiyalara icazə verməyib. Bu barədə APA-ya AYSH-nin mətbuat xidmətindən məlumat daxil olub. Polis aksiyanın təşkilatçısı olan AYSH-nin Regional Mərkəzinin sədri Tofiq Cəfərova və Müsavat Partiyası Ağcabədi rayon təşkilatının sədr əvəzi Rəşid Nəcəfliyə aksiyanın keçirilməməsi barədə xəbərdarlıq edilib. Razılaşdırılmamış aksiyanın keçiriləcəyi təqdirdə, təşkilatçılar barəsində qanun çərçivəsində tədbir görüləcəyi bildirilib. Buna baxmayaraq, regional mərkəzin rəhbərliyi aksiyaların keçirilməsində israrlıdır. Qeyd edək ki, aksiya qiymət artımına etiraz olaraq təyin edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR