Bank Of Baku

Əli Əhmədov beynəlxalq konfransın iştirakçıları ilə görüşüb

Əli Əhmədov beynəlxalq konfransın iştirakçıları ilə görüşüb
# 16 aprel 2007 16:01 (UTC +04:00)
“Gənc liderlər dünyada sülh və təhlükəsizlik tərəfdarıdır” beynəlxalq hərəkatı çərçivəsində “Avroatlantika məkanında enerji təhlükəsizliyi” mövzusunda keçiriləcək konfransın iştirakçıları bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, konfrans iştirakçıları həmçinin Heydər Əliyev Fonduna olub, onun həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar. Konfransın Kanada, Makedoniya, Türkiyə, Moldova, Belarus, Rusiya, Qazaxıstandan olan nümayəndələri daha sonra YAP sədrinin müavini və icra katibi Əli Əhmədovla görüşüblər. Ə. Əhmədov YAP-ın Gənclər Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə yaranan “Gənc liderlər dünyada sülh və təhlükəsizlik tərəfdarıdır” beynəlxalq hərəkatının və Avroatlantik məkanda enerji təhlükəsizliyinə həsr olunan konfransının əhəmiyyətindən, imzalanacaq bəyannamənin zəruriliyindən bəhs edib, konfrans iştirakçılarına uğurlar arzulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR