Bank Of Baku

AXCP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb

AXCP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb
# 16 aprel 2007 16:17 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) növbəti qurultayının keçirilməsi üçün qurultayına hazırlıq üzrə 25 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu barədə qərar AXCP Ali Məclisi Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul olunub. Təşkilat Komitəsinin sədri Əli Kərimli, sədr müavini isə Qulamhüseyn Əlibəyli seçilib. İlk iclasını keçirən Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi rayon (şəhər) şöbələrinin konfranslarına nümayəndəlik normasına hər üç nəfərdən bir, AXCP qurultayına nümayəndə normasını isə yüz nəfərə qədər beş qurultay nümayəndəsi müəyyən edib. İclasda konfransların keçirilməsinə hazırlıq üçün təlimata uyğun olaraq sənədlərin hazırlanaraq bölgələrə göndərilməsi partiyanın Təşkilat Şöbəsinə həvalə olunub. Toplantıda həmçinin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin işçi qruplarının yaxın vaxtlar üçün görəcəyi işlər və hazırlanacaq sənədlərlə bağlı da fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR