Bank Of Baku

AŞPA prezidenti Rene van der Linden: “Ümidvaram ki, Azərbaycanda həyata keçirilən islahatlar gələcəkdə də davam etdiriləcək”

AŞPA prezidenti Rene van der Linden: “Ümidvaram ki, Azərbaycanda həyata keçirilən islahatlar gələcəkdə də davam etdiriləcək”
# 16 aprel 2007 16:19 (UTC +04:00)
APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşının verdiyi məlumata görə, AŞPA prezidenti əsasən sessiyanın gündəliyinə daxil edilən Avropada insan haqları və demokratiyanın vəziyyətinə dair fikirlər söyləyib. O, sessiyaya dəvət olunanlardan Ukraynanın baş naziri Viktor Yanukoviçin toplantıda çıxış edəcəyini bildirib. Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə münasibət bildirən Rene van der Linden Monitorinq Komitəsi həmməruzəçilərinin hazırladığı hesabatı yüksək dəyərləndirib: “Monitorinq Komitəsinin hesabatından belə məlum olur ki, Azərbaycan bir neçə sahədə nəzərəçarpacaq irəliləyişlərə nail olub. Bu, çox sevindirici haldır. Hesab edirəm ki, Azərbaycanın qurumdakı nümayəndə heyəti AŞPA və Avropa Şurası ilə əməkdaşlığa tam hazırdır. Nümayəndə heyəti həmməruzəçilərə gördüyü işdə dəstək verir, məruzəçinin suallarını cavablandırır, müəyyən iclaslar keçirir. Ümidvaram ki, Azərbaycanda həyata keçirilən islahatlar gələcəkdə də davam etdiriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR