Bank Of Baku

Milli Məclisin futbol komandası Rumıniya parlamentinin komandası ilə yoldaşlıq görüşü keçirəcək

Milli Məclisin futbol komandası Rumıniya parlamentinin komandası ilə yoldaşlıq görüşü keçirəcək
# 16 aprel 2007 16:21 (UTC +04:00)
Bu barədə APA-ya deputatlardan ibarət futbol komandasının hücumçusu, deputat Fuad Muradov məlumat verib. Aprelin 21-də Buxarestdə yola düşəcəklərini deyən F. Muradovun sözlərinə görə, Azərbaycan parlamentinin üzvlərini Rumıniyada çətin oyun gözləyir: “Rumıniyalı həmkarlarımız çoxdan bəri məşq edirlər. Hər halda biz qələbə ardınca gedirik. Bizimlə bərabər məşqçimiz İsgəndər Cavadov da Buxarestə gedəcək”. F. Muradov bildirib ki, səfər çərçivəsində Rumıniya parlamentində və Azərbaycanın bu ölkədəki səfirliyində görüşlər də keçirəcəklər.
Qeyd edək ki, MM-in futbol komandası Səyavuş Novruzov, Qüdrət Həsənquliyev, Fuad Muradov, Əkrəm Abdullayev, Rauf Əliyev, Fazil Qəzənfəroğlu, Zahid Oruc, Mirkazım Kazımov, Ülvi Quliyev, Adil Əliyev, Azay Quliyev və digər deputatlardan ibarətdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR