Bank Of Baku

İslam Partiyasının rayon təşkilatları tezliklə qurultay keçirilməsini tələb edirlər

İslam Partiyasının rayon təşkilatları tezliklə qurultay keçirilməsini tələb edirlər
# 16 aprel 2007 16:27 (UTC +04:00)
“Bu dəfə də qurultay keçirilməsə, biz bir daha partiya rəhbərliyinin səmimiliyinə inanmayacağıq və hesab edəcəyik ki, onlar iqtidara xidmət edir. Çünki bu, peyğəmbər yolu deyil”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan İslam Partiyası (AİP) Əli Bayramlı rayon təşkilatının sədri Vəliyullah Cəlilov deyib. V. Cəlilov bildirib ki, onlar qurultayın keçirilməsində maraqlıdırlar və toplantıda partiya daxilində baş verənlərə aydınlıq gətirilməsini tələb edəcəklər. AİP Hacıqabul rayon təşkilatının sədri Vidadi Əliyev isə qurultayın mayda keçiriləcəyinə ümid etdiyini söyləyib: “Hesab edirik ki, qurultay bir daha təxirə salınmayacaq”. AİP sədrinin müavini Vaqif Abdullayev isə qurultayın təxirə salınmadığını və yaxın günlərdə rayon təşkilatlarının konfranslarının başlanacağını açıqlayıb. O, 56 rayonda konfransların keçiriləcəyini söyləyib: “Konfranslar yekunlaşdıqdan sonra qurultayın günü bəlli olacaq. Biz qurultayın mayda keçirilməsinə cəhd edəcəyik. Bu mümkün olmazsa, qurultay iyunun əvvəlində keçiriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR