Bank Of Baku

BAXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib

BAXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib
# 16 aprel 2007 16:55 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda İdarə Heyəti üzvləri ölkədə demokratik proseslərin inkişafı, eləcə də vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi üçün bütün sağlam qüvvələrin qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıblar: “BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycanda seçkilərin tam demokratik keçirilməsi, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinin sürətləndirilməsi üçün bütün siyasi qüvvələrin birgə fəaliyyət göstərmələrinə ehtiyac var”. Toplantıda müzakirə olunan digər məsələ isə son günlər Gürcüstanın bəzi rəsmi dairələrinin, eləcə də bir sıra müxalifət partiyalarının “David Qareci” abidə kompleksi ilə əlaqədar səsləndirdiyi bəyanatlarla bağlı olub. BAXCP İdarə Heyəti bununla bağlı bəyanat qəbul edib. Bəyanatda iki ölkə arasında olan dostluq əlaqələrinə diqqət yönəldilib: “Azərbaycan xalqı və dövləti uzaq və yaxın tarixin ən çətin məqamlarında gürcü xalqına dost münasibətini konkret addımlarla nümayiş etdirib. Beynəlxalq hüquqa, xüsusilə də sərhədlərin toxunulmazlığı prinsipinə sayğı ilə yanaşan, bölgədə sülhün və əmin-amanlığın qorunub saxlanılmasına, yaxın qonşuluq münasibətlərinə böyük önəm verən Azərbaycan heç vaxt Borçalı mahalı və digər tarixi Azərbaycan torpaqları ilə əlaqədar Gürcüstana qarşı hər hansı bir ərazi iddiası irəli sürməyib. Bütün bunlara baxmayaraq, son zamanlar sərhədlərin delimitasiyası ilə bağlı aparılan danışıqlarda gürcü tərəfinin emosional bəyanatları Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafını arzulayan bütün siyasi qüvvələri, o cümlədən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını da narahat edir. “David Qareci” abidəsinin yerləşdiyi ərazi ilə bağlı Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvilinin məsuliyyətsiz açıqlamaları, qonşu ölkədəki bəzi siyasi dairələrin də bundan istifadə edərək ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin pisləşməsinə xidmət edən addımları yaranmış vəziyyətin tez bir zamanda aradan qaldırılmasını tələb edir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR