Bank Of Baku

Strasburqa gedən hüquq müdafiəçiləri AŞPA-nın yaz sessiyasında Azərbaycanla bağlı müzakirələri müsbət qiymətləndiriblər

Strasburqa gedən hüquq müdafiəçiləri AŞPA-nın yaz sessiyasında Azərbaycanla bağlı müzakirələri müsbət qiymətləndiriblər
# 16 aprel 2007 17:34 (UTC +04:00)
Bu açıqlamanı APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşına hüquq müdafiəçisi Səidə Qocamanlı verib. O, ümummilli maraqlar naminə nümayiş etdirilən birliyi yüksək qiymətləndirib: “Biz gündəmdə Dağlıq Qarabağ kimi əsas məsələmiz olduğu halda Azərbaycanda siyasi məhbus məsələsi üzrə xüsusi məruzəçisini təyin edilməsi məsələsini arxa plana keçirdik və erməni tərəfinin hesabata təklif etdiyi düzəliş qəbul edilmədi”. Səidə Qicamanlı AŞPA-nın yaz sessiyasında iştirak etmək üçün Strasburqa gedən hüquq müdafiəçilərinin AQO qrupu ilə görüşünün olacağını bildirib. Hüquq müdafiəçilərinin həmçinin AŞPA-nın Dağlıq Qarabağ Alt Komitəsinin rəhbəri lord Rassel Conston və AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə keçmiş həmməruzəçisi Andreas Qrossla görüşü nəzərdə tutulur. Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov APA əməkdaşına bildirib ki, Ermənistan nümayəndə heyətinin etirazına baxmayaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmməruzəçilərin hesabatından prinsipial məqamların çıxarılmaması sevindirici haldır. O, Azərbaycan müxalifətinin yazılı müraciəti əsasında məruzəyə 3-4 düzəlişin əlavə olunduğunu deyib. Bu düzəlişlər Seçki Məcəlləsinin təkmilləşdirilməsi və İctimai Televiziyanın fəaliyyəti ilə bağlı olub. Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvləri isə bu gün keçirilən müzakirələrlə bağlı media nümayəndələrinə açıqlama verməyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR