Bank Of Baku

Bu il Birləşmiş Ərəb Əmirliklərinin bir sıra hökumət üzvləri Azərbaycana səfər edəcəklər

Bu il Birləşmiş Ərəb Əmirliklərinin bir sıra hökumət üzvləri Azərbaycana səfər edəcəklər
# 17 aprel 2007 09:46 (UTC +04:00)
Bu il Birləşmiş Ərəb Əmirliklərinin bir sıra rəsmi şəxslərinin Azərbaycana səfəri gözlənilir. Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən APA-ya verilən məlumata görə, hazırda ölkəmizə rəsmi səfərlərin təşkili ilə bağlı hazırlıq prosesi gedir. Birləşmiş Ərəb Əmirliklərinin ətraf mühit və su, iqtisadiyyat, nəqliyyat və mədəniyyət nazirlərinin 2007-ci ildə Azərbaycana səfər edəcəyi dəqiqləşib. Səfirlikdən bildiriblər ki, bu günlərdə BƏƏ-də keçirilən Azərbaycanda investisiya imkanlarına həsr olunmuş konfransdan sonra bir çox şirkətlər azərbaycanlı iş adamları ilə əlaqə qurmaqda yardım göstərilməsi üçün səfirliyə müraciət ediblər. Bundan başqa bir çox şirkətlər Bakıda öz nümayəndəliklərini açmaq niyyətində olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR