Bank Of Baku

Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin “Demokratiya yolunda: irs haqqında düşüncələr” kitabının təqdimat mərasimi keçiriləcək

Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin “Demokratiya yolunda: irs haqqında düşüncələr” kitabının təqdimat mərasimi keçiriləcək
# 17 aprel 2007 09:59 (UTC +04:00)
APA-nın məlumatına görə, “Demokratiya yolunda: irs haqqında düşüncələr” kitabı Ramiz Mehdiyevin demokratiyanın və qlobal inkişafın aktual problemlərinə həsr olunmuş yeni əsəridir. Kitab bəşəriyyətin tarixi inkişafında demokratiyanın rolu və yerinin təhlili, sivilizasiyalı dünyanın daim “xalq hakimiyyətinə” doğru hərəkətini göstərmək istəyi, milli demokratik tranzitin elmi tədqiqatı cəhdi, Azərbaycanın ictimai-siyasi perspektivinə qısa futuroloji baxış üçün əhəmiyyətlidir. Əsərdə siyasi vəziyyətin təhlili metodu əsasında “hakimiyyət və siyasət nədir?”, “ictimai həyat fəaliyyətinin təşkili və tənzimlənməsində onların rolu nədən ibarətdir?” suallarına cavab verilir, keçid dövründə müasir demokratiyanın nəzəri əsaslarının və siyasət-hakimiyyət münasibətlərinin şərhi Azərbaycanın reallıqları prizmasında nəzərdən keçirilir. Müəllif demokratikləşmənin kökləri, “demokratik dalğalar”, “məxməri” tranzitlər, postsovet ölkələrinin inkişaf perspektivləri, həmçinin müxtəlif dairələr tərəfindən dəstəklənən ssenarilərin həyata keçirilməsi nəticəsində evolyusion inkişafın trayektoriyasını dəyişmək cəhdləri kimi məsələləri diqqət mərkəzində saxlayır. Tədbirdə dövlət strukturlarının, ictimai təşkilatların, siyasi partiyaların, KİV rəhbərlərinin və nümayəndələrinin iştirakı nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR