Bank Of Baku

Sabir Rüstəmxanlı baş prokurora müraciət edib

Sabir Rüstəmxanlı baş prokurora müraciət edib
# 17 aprel 2007 11:02 (UTC +04:00)
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova müraciət edib. VHP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə Quba şəhər stadionunun bərpası ilə əlaqədar aparılan qazıntı işləri zamanı üzərində zorakılıq əlamətləri olan çoxlu sayda insan cəsədi qalıqlarının aşkar edildiyi bildirilir. Bu məlumatların 15 gündən artıq müddətdə KİV-də yayılmasına baxmayaraq, fakt üzrə Respublika Prokurorluğu tərəfindən qanunla nəzərdə tutulmuş qaydada cinayət işinin başlanmadığını vurğulayan deputat toplu məzarlıqların Naxçıvan və Neftçalada da aşkarlandığını xatırladıb. Onun sözlərinə görə, Cinayət Prosessual Məcəllənin 209.2.2-ci maddəsinə əsasən insanların kütləvi həlak olması əlamətləri aşkar edildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dərhal fakt üzrə cinayət işi başlamalıdır. S. Rüstəmxanlı prokurorluq tərəfindən cinayət işinin açılacağına, hadisə üzrə tam, obyektiv və hərtərəfli araşdırmalar aparılacağına ümid etdiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR