Bank Of Baku

Əli Əhmədov: “Avropa Şurası Parlament Assambleyasının sessiyaları ona görə keçirilir ki, ayrı-ayrı ölkələrdə olan problemləri müzakirə etsinlər”

Əli Əhmədov: “Avropa Şurası Parlament Assambleyasının sessiyaları ona görə keçirilir ki, ayrı-ayrı ölkələrdə olan problemləri müzakirə etsinlər”
# 17 aprel 2007 11:05 (UTC +04:00)
“Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycanla bağlı aparılan müzakirələrdə tənqidi məqamların olması o demək deyil ki, AŞ PA bütövlükdə Azərbaycana qarşı aqressiv mövqe tutub”. APA-nın məlumatına görə, bunu jurnalistlərlə söhbətində Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib. Azərbaycanla əlaqədar səsləndirilən fikirləri faciəvi tonda ictimaiyyətə təqdim etmək cəhdlərinin doğru olmadığını bildirən Ə. Əhmədovun sözlərinə görə, sessiyalarda təkcə Azərbaycan yox, qurumun üzvü olan ölkələrin hər biri bu və ya digər formada tənqidə məruz qalır: “Təkcə Azərbaycan tənqid edilib digər ölkələr təriflənsəydi, bunu qeyri-adi hadisə kimi təqdim etmək olardı. Sessiya ona görə keçirilir ki, ayrı-ayrı ölkələrdə olan problemləri müzakirə etsinlər. Prinsip etibarilə Azərbaycanla Avropa Şurası arasında kifayət qədər səmərəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq zəminində insan haqları, demokratiyanın inkişafı ilə əlaqədar Azərbaycanda mövcud olan bu və ya digər problemlər öz həllini tapır”. Ə. Əhmədov Azərbaycanın AŞ-yə daxil olarkən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində böyük addımların atıldığını, öhdəliklərin böyük əksəriyyətinin tam yerinə yetirildiyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR