Bank Of Baku

Sabah Belqradda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların növbəti raundu keçiriləcək

Sabah Belqradda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların növbəti raundu keçiriləcək
# 17 aprel 2007 11:27 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, sabah Belqradda Azərbaycan və Ermənistanın xarici siyasət idarələri rəhbərləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların növbəti raundu keçiriləcək. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçiriləcək görüşdə münaqişənin nizamlamasının əsas prinsipləri müzakirə olunacaq. Bu, xarici işlər nazirlərinin 2007-ci ildə Praqa prosesi çərçivəsində keçirəcəkləri ikinci görüş olacaq. İlk belə görüş martın 14-də Cenevrədə keçirilib. Elmar Məmmədyarov aprelin 19-da Belqradda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında da iştirak edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR