Bank Of Baku

Ağcabədidə etiraz aksiyası keçirilib

Ağcabədidə etiraz aksiyası keçirilib
# 17 aprel 2007 12:00 (UTC +04:00)
Ağcabədidə Azərbaycan Yolu Siyasi Hərəkatının (AYSH) Qarabağ bölgəsi üzrə Regional Mərkəzinin təşkilatçılığı ilə enerji daşıyıcılarının qiymətlərinin artırılması ilə bağlı etiraz aksiyası keçirilib. AYSH-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün səhər regional mərkəzin qərargahının ətrafında polis qüvvələri cəmləşdirilib və həmin vaxt içəridə olan 20-yə yaxın hərəkat fəalının kənara çıxmasının qarşısı alınıb. 40-dan çox aksiya iştirakçısı isə rayon bələdiyəsinin binasına doğru yürüş etməyə cəhd göstərib. AYSH polisin müdaxiləsinə baxmayaraq, aksiyanın keçirildiyi və qətnamənin oxunduğunu bildirir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR