Bank Of Baku

Latviya ilə Azərbaycan arasında vizasız rejim tətbiq oluna bilər

Latviya ilə Azərbaycan arasında vizasız rejim tətbiq oluna bilər
# 17 aprel 2007 12:15 (UTC +04:00)
Latviya öz vətəndaşlarının Azərbaycana vizasız gələ bilməsinə şərait yaratmaq üçün rəsmi Bakıya müraciət edib. Latviyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu məsələ Azərbaycan və Latviya xarici işlər nazirlərinin dünən keçirilən görüşündə müzakirə olunub. Bundan başqa Andris Pabriks öz azərbaycanlı həmkarını Latviya Xarici İşlər Nazirliyi və “”Avropa və Baltik Assambleyasının birgə təşkil etdiyi konfransa dəvət edib. Bu konfrans bu il noyabrın 23-də Riqada keçiriləcək. Andris Pabriks həmçinin Riqa şəhər Dumasının dostluq parkı yaratmaq üçün Latviyanın Azərbaycan icmasına 3 hektar torpaq sahəsi ayırdığını bildirib. Parkın salınması zamanı Azərbaycan memarlığı üslubundan istifadə ediləcək. Hazırda həmin parkın eskiz layihəsi hazırlanır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR