Bank Of Baku

AMİP Mirmahmud Mirəlioğlunun müraciətinə mənfi cavab verib

AMİP Mirmahmud Mirəlioğlunun müraciətinə mənfi cavab verib
# 17 aprel 2007 12:56 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun müxalifətin güc mərkəzinin yaradılması ilə bağlı müraciətinə mənfi cavab verib. Bu barədə APA-ya AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib. Onun sözlərinə görə, partiyanın Siyasi Şurasının iclasında M. Mirəlioğlunun müraciəti müzakirə edilib və hazırkı mərhələdə bloklara qoşulmamağın ən düzgün variant olduğu bildirilib. Siyasi Şura ayrı-ayrı partiyalarla yalnız ikitərəfli əməkdaşlığın mümkün olduğu qənaətinə gəlib. AMİP sədri Ayaz Rüstəmov yeni mərkəzdə təmsil olunacaq partiyaların rəhbərlərinin növbəti toplantısında iştirak edəcək və Siyasi Şuranın qərarını onlara çatdıracaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR