Bank Of Baku

Elmira Axundova Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin bəzi üzvlərini fəaliyyətsizlikdə ittiham edib

Elmira Axundova Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin bəzi üzvlərini fəaliyyətsizlikdə ittiham edib
# 17 aprel 2007 14:52 (UTC +04:00)
Bir neçə gün əvvəl Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibindən çıxarılan Elmira Axundova heyətdəki bəzi deputatları fəaliyyətsizlikdə ittiham edib. APA-nın xəbərinə görə, deputat jurnalistlərə açıqlamasında bildirib ki, AŞPA-nın sessiyalarında iştirak etdiyi vaxtlarda olduqca aktiv fəaliyyət göstərib: “Hər sessiyada bir neçə dəfə çıxış edirdim. Amma bizim qrupdakı bəzi deputatların bir dəfə də çıxış etdiyini görməmişəm. Mən deputatların beynəlxalq təşkilatların tədbirlərinə turist kimi qatılmasını istəmirəm”. E. Axundova bundan sonra Milli Məclisin MDB Parlamentlərarası Assambleyasındakı nümayəndə heyətinin tərkibində fəaliyyət göstərmək istədiyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR