Bank Of Baku

ADP Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib

ADP Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib
# 17 aprel 2007 14:53 (UTC +04:00)
ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib. Partiyanın mətbuat xidmətində APA-ya daxil oln məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, qurultaya hazırlıq səviyyəsi, partiya Nizamnaməsinə növbəti Qurultayda nəzərdə tutulan əlavə və dəyişikliklər məsələsi müzakirə edilib. İndiyə kimi öz konfransını keçirmiş rayon təşkilatlarının iclaslarının protokolları təsdiq olunub. ADP Nizamnaməsinə əlavə və dəyişikliklər məsələsi ilə bağlı yaradılmış işçi qrupunun rəhbəri Həsrət Rüstəmov iclasda bildirib ki, Nizamnamənin daha da demokratikləşdirilməsi üçün bir sıra təkliflər nəzərdə tutulur. Verilən təkliflər ətrafında fikir mübadiləsi aparılıb və qərara alınıb ki, növbəti iclasadək Nizamnaməyə əlavə və dəyişikliklər layihəsi tam hazırlansın. İctimai-siyasi vəziyyətlə bağlı aparılan müzakirələr zamanı ölkə başçısı İlham Əliyevin hökumət rəhbərlərinin iştirakı ilə keçirdiyi son müşavirə ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı ölkədəki mövcud sosial-iqtisadi vəziyyətin ağır olması barədə bəyanat qəbul edilib. Bəyanatda əsasən neft gəlirləri hesabına artan iqtisadi göstəricilərin iqtisadiyyatın digər sahələrində ləng inikası, gəlirlərin səmərəsiz xərclənmədiyi bildirilib. ADP hesab edir ki, sosial vəziyyətin normallaşması üçün təkcə məmurların yox, müxalifət partiyalarının da təklifləri nəzərə alınmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR