Bank Of Baku

AŞPA-nın Dağlıq Qarabağ Alt Komitəsinin iclası baş tutmayıb

AŞPA-nın Dağlıq Qarabağ Alt Komitəsinin iclası baş tutmayıb
# 17 aprel 2007 15:20 (UTC +04:00)
AŞPA-nın Dağlıq Qarabağ Alt Komitəsinin sədri lord Rassel Conston yalnız Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla görüşüb. Məsələ ilə bağlı APA-ya açıqlama verən Səməd Seyidov bildirib ki, onlar bu məsələyə qurumun iyunda keçiriləcək sessiyasında qayıtmağı qərara alıblar: “Bizim mətbuatda Azərbaycana və ya regiona hansı tərkibdə nümayəndə heyəti və ya qrup göndərmək məsələsi həmişə müzakirə olunub. Amma, Dağlıq Qarabağ Alt Komitəsində bu məsələlər heç vaxt müzakirə obyekti olmayıb. Yəni, həm Azərbaycan, həm də Ermənistan nümayəndə heyətləri lord Rassel Constonun regiona səfərinə müsbət münasibət bildiriblər. Amma hansısa qrupun nümayəndə heyətinin regiona səfər etməsi müzakirə mövzusu olmayıb”. Səməd Seyidov bildirib ki, bu gün keçirilən müzakirələrdə Azərbaycan nümayəndə heyəti iştirak edib. O, ermənilərin iclasa qatılmamağının səbəbini bilmədiyini vurğulayıb. APA-nın Avropa bürosunun əldə etdiyi məlumata görə, Ermənistan nümayəndə heyəti bu gün ümumiyyətlə AŞPA-nın iclasına qatılmayıb. Onların Dağlıq Qarabağ Alt Komitəsinin iclasında iştirak etməməsinin səbəbi Azərbaycanla bağlı öhdəliklərin müzakirəsi zamanı ermənilərin etdiklərin təkliflərin nəzərə alınmamasıdır. AŞPA-nın Dağlıq Qarabağ Alt Komitəsinin rəhbəri lord Rassel Conston APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşına açıqlamasında bildirib ki, Ermənistan nümayəndələrinin komitənin iclasına qatılmamağının səbəbini bilmir: “Mən yalnız Azərbaycan nümayəndə heyətinin üzvləri ilə 10 dəqiqəlik görüş keçirdim. Azərbaycan nümayəndə heyəti mənim regiona səfər təşəbbüsümü dəstəklədi. Bununla bağlı Ermənistan nümayəndə heyətinin də razılığı alınmışdı. Mənim rəhbərlik edəcəyim missiya bu yay Bakı, İrəvan və Xankəndinə səfər edəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR