Bank Of Baku

Əli Kərimli: “Bizim hər rayon təşkilatının konfransı kiçik partiyanın qurultayı səviyyəsində olacaq”

Əli Kərimli: “Bizim hər rayon təşkilatının konfransı kiçik partiyanın qurultayı səviyyəsində olacaq”
# 17 aprel 2007 15:29 (UTC +04:00)
“Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayı ötən il bizdən asılı olmayan səbəblərə görə təxirə salındı. Çalışacağıq ki, bu il qurultayımız keçirilsin”. Bu sözləri APA-ya açıqlamasında AXCP sədri, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Əli Kərimli deyib. Partiya Nizamnaməsinə görə qurultayın 2006-cı ildə keçirilməli olduğunu xatırladan Ə. Kərimli yerləşdikləri binadan çıxarıldıqlarına görə toplantının təxirə salındığını söyləyib. Partiyanın rəhbərliyində və yerli təşkilatlarda qurultaya hazırlıq prosesinin başlandığını bildirən Ə. Kərimli hazırlığın partiyanın bütün özəklərini əhatə edəcəyini vurğulayıb: “Qurultaya hazırlıq üçün özəklərdə iclaslar keçiriləcək və rayon təşkilatlarının konfranslarına nümayəndələr seçiləcək. Hər rayon təşkilatında 30-70 özək fəaliyyət göstərir. Buna görə də bizim hər rayon təşkilatının konfransı kiçik partiyanın qurultayı səviyyəsində olacaq”. Ə. Kərimli hazırda AXCP-nin 80 rayon təşkilatının olduğunu və payıza kimi bütün təşkilatlarda konfransların keçiriləcəyini deyib. Qurultayın vaxtı isə konfranslar başa çatdıqdan sonra müəyyənləşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR