Bank Of Baku

Aydın Quliyev Açıq Cəmiyyət Partiyası ilə bağlı danışmaq istəmir

Aydın Quliyev Açıq Cəmiyyət Partiyası ilə bağlı danışmaq istəmir
# 17 aprel 2007 15:58 (UTC +04:00)
Açəq Cəmiyyət Partiyasının (ACP) İdarə Heyətinin üzvü, Rəsul Quliyevin müşaviri Aydın Quliyev partiyanın qurultayında narazı qaldığı məqamlarla bağlı hələlik mətbuata açıqlama və şərh vermək fikrində deyil. A. Quliyev APA-ya verdiyi açıqlamada bunun səbəbləri barədə danışmaq istəmədiyini qeyd edib. Partiyanın icra orqanlarında hər hansı vəzifə tutmadığını bildirən A. Quliyev bu məsələlərə münasibət bildirməsinin düzgün olmadığını hesab edir: “Partiya ilə bağlı məsələlər barədə müəyyən şərhləri vəzifə daşıyan, icra strukturlarında təmsil olunan konkret şəxslər verməlidirlər. Mən bu məsələlərə müdaxilə etmək istəmirəm”. A. Quliyev icra strukturlarında təmsil olunmamasının səbəbləri barədə də açıqlama verməyib. İdarə Heyətinin üzvü qurultaydan sonra partiyanın lideri Rəsul Quliyevlə danışdığını desə də, müzakirənin mövzusunu da açıqlamayıb.
ACP-nin İdarə Heyətinin digər üzvü Yaqub Abbasov isə APA-ya açıqlamasında qurultaydan narazı qalmaq üçün heç bir səbəbin olmadığını deyib: “ACP-nin qurultayı tam demokratik keçib. Əgər narazılıqlar vardısa, bunu qurultayda demək olardı və bunlar nəzərə alınardı. Aydın Quliyev partiya rəhbərliyindən kənarda qalmayıb, İdarə Heyətinin və Ali Məclisin üzvüdür, liderin müşaviridir. Mən qurultaydan sonra onun hərəkətlərində hər hansı narazılıq hiss eləməmişəm”.
Qeyd edək ki, ACP-nin Müsavat Partiyasının qərargahında keçirilən təsis qurultayının nəticələrindən Rəsul Quliyevə yaxınlığı ilə tanınan bəzi şəxslərin Jalə Cəfərova və Aydın Quliyevin narazı qaldığı bildirilir. Artıq J. Cəfərova bu barədə öz fikirlərini mətbuata bildirib. A. Quliyevin narazı qaldığı məqamlarla bağlı isə hələlik mətbuata açıqlama vermir.
Onu da qeyd edək ki, A. Quliyev təsis qurultayından sonra keçirilən Ali Məclisin iclasını da yarımçıq tərk edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR