Bank Of Baku

Latviyanın xarici işlər naziri Şəkidədir

Latviyanın xarici işlər naziri Şəkidədir
# 18 aprel 2007 11:07 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Latviyanın xarici işlər naziri Andris Pabriks hazırda Şəki rayonundadır. Latviyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, nazir Şəki rayon İcra Hakimiyyətində və yerli Musiqi Məktəbində olub. Günün ikinci yarısında o, Gəncəyə yollanacaq və şəhər rəhbərliyi ilə görüşəcək. Hər hansı rəsmi sənədin imzalanması nəzərdə tutulmayıb. Səfirlikdən bildiriblər ki, Latviya hökuməti Azərbaycanın təkcə mərkəzi hökuməti ilə deyil, regionları ilə də əməkdaşlıqda maraqlıdır.
Qeyd edək ki, A. Pabriksin Azərbaycana rəsmi səfəri bu gün başa çatır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR