Bank Of Baku

Latviyanın xarici işlər naziri Andris Pabriks Gəncədə olub

Latviyanın xarici işlər naziri Andris Pabriks Gəncədə olub
# 18 aprel 2007 11:57 (UTC +04:00)
APA-nın Qərb bürosunun məlumatına görə, ilkin olaraq Nizami Gəncəvinin məqbərəsini ziyarət edən qonaq daha sonra Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb. Görüşdən sonra jurnalistlərin suallarının cavablandıran Andris Pabrik Azərbaycana ilk dəfə gəldiyini deyib: “Bu mənim xanımımla birgə Azərbaycana ilk səfərimdir. Bakıda cənab prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə və xarici işlər naziri Elmar Məmmədyarovla səmərəli danışıqlarımız oldu. Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair xüsusi dövlət proqramının həyata keçirildiyini bilirik. Gəncəyə səfərimizin məqsədi dövlətiniz və Azərbaycan xalqı ilə yaxından tanış olmaq, Azərbaycanı daha yaxından tanımaqdır. Gəncədə müasir standartlar əsasında qurulmuş beynəlxalq hava limanı var. Bu, Azərbaycanla Latviya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynaya bilər. Birbaşa nəqliyyat xəttinin olması iş adamlarımız arasında əməkdaşlıq imkanlarını artırır. Azərbaycanla Latviya arasında çox yaxşı siyasi və iqtisadi əlaqələr var. Bu münasibətlər bundan yaxşı ola bilməz, sadəcə daha çox və geniş ola bilər”. Andris Pabriks Gəncə şəhəri ilə tanışlıqdan sonra Gürcüstana yola düşüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR