Bank Of Baku

Açıq Cəmiyyət Partiyası beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə və səfirliklərə müraciət edəcək

Açıq Cəmiyyət Partiyası beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə və səfirliklərə müraciət edəcək
# 18 aprel 2007 12:21 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyasının (ACP) tanınması üçün partiya rəhbərliyi yaxın günlərdə beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə və səfirliklərə müraciət ünvanlayacaq. Bu barədə APA-ya partiyanın İdarə Heyətinin üzvü Yaqub Abbasov məlumat verib. Onun sözlərinə görə, partiya qarşısına birinci vəzifə kimi beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasını qoyub. Y. Abbasov ACP-nin Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalarla ikitərəfli əməkdaşlıq etmək niyyətində olduğunu da bildirib: “Yeni partiyanın siyasi arenada yer tutması üçün onun bir müddət yalnız tanışlıq xarakterli tədbirlər həyata keçirməsinə ehtiyac var. Bundan başqa, biz strukturlaşma işini də sürətləndirmək fikrindəyik”. Y. Abbasov partiyanın lideri Rəsul Quliyevin irəli sürdüyü Milli Forumun həyata keçirilməsi istiqamətində də yaxın günlərdə təşkilatçılıq işlərinə başlayacaqlarını qeyd edib. Bu məqsədlə ayrı-ayrı partiyalarla danışıqlar aparılacaq və forumun mayın sonunda keçirilməsi nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR