Bank Of Baku

AMİP Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

AMİP Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
# 18 aprel 2007 12:27 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) aprelin 27-də İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirmək üçün bu gün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu barədə APA-ya partiyanın sədri Ayaz Rüstəmov məlumat verib. Onun sözlərinə görə, piketin keçirilməsinə səbəb Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının bərpası tələbini səsləndirməkdir. Aksiyada Güney Azərbaycan Milli Oyanış Hərəkatının fəalı Hadi Musəvinin Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həbs olunaraq İrana təhvil verilməsi pisləniləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR