Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Demokratiya Uğrunda İttifaqın yaradılmasına dair sazişə 5 partiya imza atmalı idi”

Mirmahmud Mirəlioğlu: “Demokratiya Uğrunda İttifaqın yaradılmasına dair sazişə 5 partiya imza atmalı idi”
# 18 aprel 2007 12:28 (UTC +04:00)
“Bizə məsləhət verən hər hansı bir diplomatik korpusu, ATƏT-i, Avropa Şurası Parlament Assambleyasının nümayəndəsini, Milli Demokratiya və ya Respublikaçılar institutunu güclü hesab etməməliyik. Təəssüf ki, bizim bəzi müxalifətçi dostlarımız bu qurumların fikirlərini nəzərə alır. Bu da millətimizə qarşı yaxşı münasibət deyil. Biz millətimizin gücünə inanmalıyıq”. Bu sözləri APA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. M. Mirəlioğlu bildirib ki, Demokratiya Uğrunda İttifaqın yaradılmasına dair sazişə bu gün imza atmayanların əksəriyyəti bir neçə gün öncə sənədin hazırlanmasında iştirak ediblər. Onlar qurumda təmsil olunmayacaqlarını da deməyiblər. Nədənsə müraciət ünvanlanan 11 partiya indi gözləmə mövqeyində durmağa üstünlük verib. O, milli maraqlara xidmət edən qurumun müxalifəti birləşdirəcəyinə əmin olduğunu və bununla bağlı görülən işlərin miqyasının genişləndiriləcəyini də söyləyib: “Qurumun əhəmiyyətini aşağıya salan siyasətçilərin imzası ilə bizdə sənədlər var. Bu sənəddə həmin şəxslər sazişlə bağlı təkliflərini veriblər. Digər tərəfdən, ritorik səslənsə də, hərə bir cür ordudan yayınır. Ordudan yayınmanın səbəblərini bilirəm, sadəcə, bu, mətbuata açıqlanası məsələ deyil. Sazişə 5 partiya imza atmalı idi, indi 3 oldu. Vaxt gələcək Müsavat Partiyası da, başqa partiyalar da bizə qoşulacaq. Bu yol haqq yoludur və hər kəs bu yola dönəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR