Bank Of Baku

Klassik Xalq Cəbhəsi, Azərbaycan Milli Demokrat və Azadlıq partiyaları Demokratiya Uğrunda İttifaq təsis ediblər

Klassik Xalq Cəbhəsi, Azərbaycan Milli Demokrat və Azadlıq partiyaları Demokratiya Uğrunda İttifaq təsis ediblər
# 18 aprel 2007 12:40 (UTC +04:00)
Klassik Xalq Cəbhəsi, Azərbaycan Milli Demokrat və Azadlıq partiyaları Demokratiya Uğrunda İttifaqın (DUİ) təsis olunması ilə bağlı saziş imzalayıblar. APA-nın məlumatına görə, imza mərasimində çıxış edən KXCP sədri Mirmahmud Mirəlioğlu əməkdaşlığın prinsipləri barədə danışıb. O bildirib ki, qurum məşvərət xarakterli olacaq və təşkilat 2008-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıq məqsədi daşımır. İttifaq demokratiyanın bərqərar olması üçün bütün demokratik qüvvələrlə əməkdaşlığa çalışacaq. AMDP sədri İsgəndər Həmidov isə müxalifətin xalqın gözündən düşdüyünü deyib: “Bu gün müxalifət xalqı heç nə ilə inandıra bilmir. Bəzi partiyalar arasında yaranan gərginlik cəmiyyət tərəfindən mənfi qəbul edilir. Düşmən ölkələr arasında sülh imzalandığı dövrdə bu partiyalar hər hansı əməkdaşlıqdan qaçırlar. Bizim məqsədimiz bütün partiyaları bir araya toplamaqdır”. Qurumun gələcəkdə seçki blokuna çevrilməsi ehtimalına gəlincə, İ. Həmidov bunu istisna etmir: “Zamanında bu məsələlər də müzakirə ediləcək”. Azadlıq Partiyasının sədri Əhməd Oruc isə DUİ-nun milli-demokratik dəyərlərə söykənəcəyini söyləyib: “Bu gün Azərbaycan müxalifəti çoxyönlüdür. Bəziləri islam təmayüllü xətt seçib, digərləri Qərb yönlü. Bu ittifaq isə Azərbaycan maraqlarından çıxış edəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR