Bank Of Baku

Musa Ağayev: “Yeni Zaman Partiyasının Ayaz Mütəllibova heç bir aidiyyəti yoxdur”

Musa Ağayev: “Yeni Zaman Partiyasının Ayaz Mütəllibova heç bir aidiyyəti yoxdur”
# 18 aprel 2007 13:31 (UTC +04:00)
“Yeni Zaman Partiyası sabiq prezident Ayaz Mütəllibovun diktəsi ilə yaradılmayıb və bu partiyanın adı çəkilən şəxsə heç bir aidiyyəti yoxdur. Sadəcə, təsisçisi olduğum “Yeni Zaman” qəzeti vaxtilə onun hüquqlarını müdafiə edib”. Bu açıqlamanı APA-ya Yeni Zaman Partiyasının (YZP) Təşkilat Komitəsinin sədri Musa Ağayev verib. Yaradacağı partiyanın mərkəzçi mövqedən çıxış edəcəyini deyən Musa Ağayev ölkədə sosial ədalətin bərpasında, hüquqi dövlət quruculuğunda yaxından iştirak edəcəklərini bildirib. M. Ağayev partiyanın qurultayının mayın sonunda keçiriləcəyini söyləyib: “Bu gündən yerli təşkilatların təsis konfransları keçirilir. Prosesin ilkin dövrünün mayın sonuna qədər sona çatacağına ümid edirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR