Bank Of Baku

Sərdar Cəlaloğlu: “Rəsul Quliyev tərəfdarlarının rayonlarda keçirdiyi konfranslarda ADP adından AXCP üzvləri də iştirak ediblər”

Sərdar Cəlaloğlu: “Rəsul Quliyev tərəfdarlarının rayonlarda keçirdiyi konfranslarda ADP adından AXCP üzvləri də iştirak ediblər”
# 18 aprel 2007 14:30 (UTC +04:00)
Bu açıqlamanı APA-ya ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu verib. Onun sözlərinə görə, konkret olaraq Neftçalada ADP adı altında keçirilən toplantıya AXCP-nin yerli təşkilatının üzvləri qatılıblar. Digər rayonlarda da analoji halların olduğunu istisna etməyən S. Cəlaloğlu hesab edir ki, AXCP rəhbərliyi bu məsələyə aydınlıq gətirməlidir: “Bununla bağlı mən Əli Kərimliyə də məlumat vermişəm və o, məsələni aydınlaşdıracağını bildirib. Amma hələlik heç bir cavab yoxdur”.
AXCP sədrinin müavini Həsən Kərimov isə APA-ya açıqlamasında bu ittihamların doğru olmadığını deyib. Onun sözlərinə görə, R. Quliyevin tərəfdarlarının Neftçalada keçirdiyi konfransda həqiqətən də AXCP üzvləri iştirak edib: “Amma həmin üzvlər konfrans təşkilatçıları tərəfindən toplantıya qonaq qismində dəvət olunublar. Onlar orada qurultay nümayəndəsi funksiyasını yerinə yetirməyiblər. Ona görə də biz bu ittihamı qəbul etmirik”. H. Kərimov bu barədə ADP rəhbərliyinə məlumat verildiyini də qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR