Bank Of Baku

AMİP İran səfirliyi qarşısında keçirdiyi piketləri davam etdirmək qərarı verib

AMİP İran səfirliyi qarşısında keçirdiyi piketləri davam etdirmək qərarı verib
# 04 may 2007 16:24 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) İran səfirliyinin binası qarşısında keçirdiyi piketləri mayda da davam etdirmək qərarı verib. Partiyanın sədri Ayaz Rüstəmovun APA-ya verdiyi məlumata görə, partiyanın aksiyaları tələbləri yerinə yetirilənə kimi davam edəcək. O, növbəti piketin vaxtının Siyasi Şuranın növbəti iclasında müəyyənləşəcəyini bildirib. Budəfəki piketdə də İran hakimiyyətinin azərbaycanlılara qarşı təzyiqlərini dayandırması, həbs olunan hərəkat üzvlərinin azad edilməsi və soydaşlarımıza ana dilində təhsil almaq hüququnun verilməsi tələb olunacaq. A. Rüstəmov aksiyanın genişləndirilməsi üçün digər partiyalarla müzakirələrin aparılmasının da vacib olduğunu vurğulayıb: “Biz ötən toplantılarımızda Güney Azərbaycanla bağlı geniş mitinqlərin keçirilməsinin zəruri olduğunu bildirmişik. Bu istiqamətdə yaxın vaxtlarda digər partiyalara müraciət edilməsi nəzərdə tutulur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR