Bank Of Baku

Hacıağa Nuri: “Məhkəmə Samir Sədaqətoğlunun və Rafiq Tağının arxasında dayananları ortaya çıxarmalı idi”

Hacıağa Nuri: “Məhkəmə Samir Sədaqətoğlunun və Rafiq Tağının arxasında dayananları ortaya çıxarmalı idi”
# 05 may 2007 08:57 (UTC +04:00)
“Məhkəmə “Sənət qəzeti”ndə çap edilən “Avropa və biz” yazısının sifarişçisini müəyyənləşdirməli və qəzetin baş redaktoru Samir Sədaqətoğlunun və məqalənin müəllifi Rafiq Tağının arxasında dayananları ortaya çıxarmalı idi”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan İslam Partiyasının sədri Hacıağa Nuri deyib. O, Səbayel rayon Məhkəməsinin qərarı ilə razı olmadıqlarını və buna rəsmi etirazlarını bildirəcəklərini söyləyib. H. Nuri belə halların qarşısının alınması üçün qanunvericiliyə dəyişiklik edilməsinin vacibliyini də vurğulayıb: “Bu məsələnin təkcə dinlə əlaqələndirilməsi düzgün deyil. Rafiq Tağı, Samir Sədaqətoğlu və bu yazının sifarişçiləri Azərbaycan dövlətinə, millətinə və islama qarşı cinayət ediblər. Amma məhkəmə onlara güzəşt etdi və sifarişçi qüvvələr aşkarlanmadı”. Xatırladaq ki, mayın 4-də Səbayel rayon Məhkəməsinin hökmü ilə “Sənət qəzeti”ndə çap edilən “Avropa və biz” yazısına görə məqalə müəllifi Rafiq Tağıya 3 il, qəzetin baş redaktoru Samir Sədaqətoğluna isə 4 il iş verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR