Bank Of Baku

Bakıda “Xəzər dialoqu-2” beynəlxalq konfransı öz işinə başlayıb

Bakıda “Xəzər dialoqu-2” beynəlxalq konfransı öz işinə başlayıb
# 07 may 2007 08:24 (UTC +04:00)
Bu gün Bakı yaxınlığında üç günlük “Xəzər dialoqu-2” beynəlxalq konfransı öz işinə başlayıb. Bu barədə APA-ya tədbirin təşkilatçıları məlumat verib. Konfransda 20 ölkədən, o cümlədən ABŞ, Fransa, Avstriya, Hollandiya və Almaniyadan olan mütəxəssislər iştirak edirlər. Tədbirdə Xəzərin hüquqi statusu, regional təhlükəsizlik, alternativ enerji mənbələri, iqtisadi və ekoloji məsələlər müzakirə olunacaq. Konfrans “Xəzər Naminə Tərəfdaşlıq” və Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının himayəsi altında keçirilir. Qeyd edək ki, “Xəzər dialoqu-1” beynəlxalq konfransı 2006-cı ildə İstanbulda keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR