Türkiyənin İsraildəki səfiri Namiq Tan: “Dünyada Türkiyə və Azərbaycanın maraqlarının qorunmasında yəhudi dostlarımızın rolu danılmazdır”
- Türkiyə-İsrail strateji əməkdaşlığını necə qiymətləndirirsiniz?
- Türkiyə-İsrail strateji əməkdaşlığı həm regional, həm də qlobal baxımdan çox önəmlidir. Türkiyə ilə İsrail Yaxın Şərq regionunun demokratik və dünyəvi ölkələridir. Eyni zamanda Türkiyənin bu regionda tarixi özəlliyi var. Türkiyənin bu torpaqlara tarixi bağlılığı var və İsraildən fərqli olaraq, Yaxın Şərqin bütün ölkələri ilə əməkdaşlıq edir. Bizim Suriya, Səudiyyə Ərəbistanı, İraq və İranla gözəl siyasi əlaqələrimiz, eyni zamanda İsraillə strateji tərəfdaşlığımız mövcuddur. Tarix boyunca biz həmişə yəhudi torlumuna böyük hörmət və ehtiramla yanaşmışıq. Tarixi faktdır ki, Türkiyə İsrail dövlətini tanımış ilk müsəlman ölkəsidir. 59 il ərzində Türkiyə-İsrail əməkdaşlığı heç vaxt kəsilməyib. Türkiyə Yaxın Şərq regionunda konstruktiv diplomatik rol oynamağa çalışır. Bu regionda çox problemlər var - İraq məsələsi, Suriya və İran problemləri. Amma fikrimcə, bu problemlərin həllindən öncə İsrail-Fələstin munaqişəsi çözülməlidir. Bu konfliktin çozülməməsi başqa problemlərə də mənfi təsir göstərir. İsrail-Fələstin münaqişəsi öz həllini tapsa, digər problemlər də tezliklə həll oluna bilər. Türkiyə bu məsələlərdə konstruktiv rol oynamağa çalışır. Məsələn, rəsmi Ankara Laricani ilə Solananın görüşünü təşkil etdi, Türkiyə Cümhuriyyətinin prezidenti cənab Sezər Əfqanıstan və Pakistan prezidentlərinin görüşlərini təşkil etdi. İsrail-Türkiyə əməkdaşlığına gəldikdə isə, onu deyə bilərəm ki, biz kənd təssərüfatı, turizm, yüksək texnologiya, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlıq edirik. Türkiyənin bu regionda İsrail kimi güclü iqtisadi tərəfdaşı yoxdur. İki ölkə arasında ticarət dövriyyəsi ildə 2.5 milyard dollar təşkil edir. Biz bir neçə il ərzində ticarət dövriyyəsinin həcmini 5 milyard dollara çatdırmaq istəyirik. Hər il İsraildən Türkiyəyə 450 min turist gəlir. Bu, o deməkdir ki, hər gün İsraildən Türkiyəyə orta hesabla 1500 insan gedir. İsraillilər Türkiyəni çox sevir və özlərini orada təhlükəsiz hiss edirlər. Biz Tel-Əvivdə Osmanlı İmperiyası dövründən qalan binalardan birini götürüb rekonstruksiya edərək Türkiyə Mədəni Mərkəzi açmaq niyyətindəyik.
- Cənab səfir, iki ay oncə İsrail parlamentində uydurma"erməni soyqırımı" ilə bağlı məsələnin müzakirəsinə cəhd edildi, amma buna imkan verilmədi. Rəsmi Ankaranın bu məsələyə münasibətini bilmək istərdik.
- Biz arzu edirik ki, bu məsələ İsrail parlamentində heç gündəmə də gəlməsin. Türklərin heç vaxt soyqırım yapmadığını Türkiyədə yaşayan yəhudilər çox yaxşı bilir. Biz bunları 1915-ci il hadisələri adlandırırıq. O zaman Osmanlı ordusunda qulluq etmiş ermənilər Rusiyaya arxalanaraq Osmanlı dövlətinə qarşı çıxdılar və qanlı hadisələr baş verdi, iki tərəfdən ölənlər oldu. Amma bunun soyqırımla heç bir əlaqəsi yoxdur. Biz ermənilərə açiq deyirik: gəlin tarixçilərdən ibarət birgə komissiya yaradaq, başqa ölkələrdən də tarixçi alimlər gəlsin, bizim arxivləri öyrənsinlər və ümumi qərara gəlsinlər. Yoxsa, siz bu hadisələri siyasi alverə döndərirsiniz. 1915-ci il hadisələri dünya parlamentlərinin müzakirə obyekti olmamalıdır, tarixçilərin araşdırma obyektinə çevrilməlidir.
- Türkiyə-Azərbaycan əməkdaşlığı haqqında nə düşünürsünüz?
- Türkiyə-Azərbaycan əməkdaşlığı “bir millət - iki dövlət” prinsipi əsasında qurulur. Biz Azərbaycan xalqını öz xalqımız kimi qəbul edirik. İki həftə öncə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının yaradılmasından sonra Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun iştrakı ilə keçirilən gecədə Azərbaycan müğənnisi Xatirənin oxuduğu "Çırpınırdı Qara dəniz" mahnısı hər birimizin gözünü yaşartdı. İndiyə qədər bu mahnını unuda bilmirəm. Bizim üçün Azərbaycan ürəkdən sevdiyimiz qardaş ölkədir. Biz bütün problemləri bir yerdə çözməyə çalışırıq. Bakı-Tiflis-Ceyhan neft kəməri strateji tərəfdaşlığın gözəl nümunəsidir. Bu gün Türkiyədən Azərbaycana getdikdə heç bir fərq hiss etmirsən. Dilimiz bir, mədəniyyətimiz bir, mentalitetimiz birdir. Başqa sözlə desək, Türkiyə-Azərbaycan əməkdaşlığı strateji xarakter daşıyır.
- İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının yardılmasını necə qiymətləndirirsiniz?
- Biz Türkiyə olaraq İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının yaradılmasını alqışlayırıq. Bu təşkilatın yaradılmasını önəmli hesab edirəm və ürəkdən dəstəkləyirəm. Bu qurum Yaxın Şərq regionunda türk dünyasının mənafelerini qorumağa qadirdir. Burada ermənilərin uydurma “soyqırım” iddialarına, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə qarşı mücadilə edilirsə, bunun çox böyük əhəmiyyəti var. Əlbəttə, bu təşkilat Azərbaycan-İsrail əməkdaşlığına yardım edəcak. Eyni zamanda Azərbaycanın milli mənafelərini və Azərbaycan həqiqətlərini dünyaya yayacaq. Fəqət onu qeyd etmək istərdim ki, İsraildə 100 min türk yəhudisi də yaşayır. Onların “Türkiyəlilər” Cəmiyyəti var. İnanıram ki, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası ilə bu cəmiyyət arasında ciddi əməkdaşlıq qurulacaq. Çünki maraqlar, məqsədlər və strateji prioritetlər eynidir. Biz bu iki təşkilatı bir məqsədə - konstruktiv əməkdaşliğa cəlb edə bilsək, həm Azərbaycana, həm Türkiyəyə, həm də türk dünyasına böyük töhfə vermiş olarıq. İsraillə əməkdaşlıq etdiyiniz zaman siz yalnız İsrail xalqı ilə deyil, eyni zamanda dünyaya səpələnmiş və söz sahibi olan yəhudi lobbisi ilə də əməkdaşlığa qədəm qoyursunuz. Məlumdur ki, yəhudi lobbisi Fransada, İtaliyada, Almaniyada ve Amerikada çox böyük nüfuza malikdir. ABŞ Konqresində və Avropanın bir sıra parlamentlərində yəhudi lobbisi real siyasi güc kimi təmsil olunur. Bu mənada dünyada Türkiyə və Azərbaycanın maraqlarının qorunmasında yəhudi dostlarımızın rolu danılmazdır. /APA/
Daxili siyasət
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Milli Məclisin iclası başlayıb
Xəbər Lenti
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Şərurda regional müşavirə keçirilir - FOTO
Türkmənistan Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Filippində məktəbdə atışma baş verib, 3 şagird ölüb
Kərbəla və Nəcəfdə Xamenei ilə vida mərasimi keçiriləcək
Beş ayda 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib
NİİM piyadalara müraciət edib - VİDEO
Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, misirli dənizçi ölüb
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 1000-i keçib, 254 nəfər ölüb
Özü və başqaları üçün təhlükə yaradan piyadanı polis saxlayıb - VİDEO
Səngəçal karvansarasına ziyan vurulub, hadisəni törətmiş şəxslər məsuliyyətə cəlb olunacaq - FOTO
Moskva yenidən Ukraynanın dron hücumuna məruz qalıb, 67 PUA vurulub
Ağcabədi Pedaqoji Kollecinə direktor təyin olunub
Azərbaycan və Qazaxıstandan 15 nəfərlik heyət İsrailə səfər edib
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
APA TV-də XƏBƏRAPARAN - CANLI
Ermənistanda zəlzələ olub
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Suraxanıda avtomobil və evlərdən oğurluq edən şəxs saxlanılıb - VİDEO
Bu günün valyuta məzənnələri
FHN: Ötən həftə 593 yanğına çıxış olub, 42 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib - VİDEO
İsmayıllıda iki avtomobil toqquşub, bir nəfər ölüb
Mingəçevirdə kişi tanışını döyərək öldürüb
Əmtəə bazarlarında qızılın qiyməti 4 200 dollardan aşağı enib
Dünya bazarlarında neftin ucuzlaşması davam edir
Nyu-York birjasında təbii qaz bahalaşıb
MN: Pirəkəşkül yaxınlığında istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
FHN küləkli havada çimərliyə gedənləri təhlükəsizlik qaydalarına əməl etməyə çağırır
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Şahbaz Şərif: İran və ABŞ mövcud fikir ayrılıqlarının sülh yolu ilə həllinə çalışırlar
Qətərdəki qaz zavodunda partlayış nəticəsində azı 54 nəfər xəsarət alıb - YENİLƏNİB
DÇ-2026: Misir Yeni Zelandiyanı məğlub edib
İran XİN: Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq
Sky News: İran neftinə tətbiq olunan sanksiyalar üzrə istisnalarla bağlı saziş layihəsi hazırdır
Əraqçi: İran bir sıra məsələlər üzrə Qətər və Pakistanın vasitəçiliyi ilə irəliləyiş əldə edib
Zelenski Polşa ilə münasibətlərdə “çox pis eskalasiya” riski gördüyünü bildirib
ABŞ-İran danışıqlarında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsi razılaşdırılıb
Estoniya Baş naziri: Aİ Ukrayna üzrə danışıqlarda vasitəçi ola bilməz
DÇ-2026: Uruqvay-Kabo-Verde qarşılaşmasında qalib müəyyənləşməyib
Zelenski: Ukrayna "Patriot" raketlərini istehsal etməyə hazırdır
III Çarlz ödədiyi vergilərin məbləğini açıqlayan ilk Britaniya monarxı olacaq
Almaniya Əfqanıstana deportasiyaları sürətləndirir
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
Tusk: Polşa ilə Ukrayna arasında qarşıdurma strateji səhvdir
Zelenski: Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək
Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb
İsrail “İslami Cihad” və HAMAS-ın xüsusi təyinatlı üzvlərinin məhv edildiyini açıqlayıb